Bu gün - 8 Mart Beynəlxalq Qadınlar Günüdür.
"Report" xəbər verir ki, bayramla əlaqədar Bakının gül satışı mağazalarında kimi gül almaq üçün sifarişlərini indidən verir, kimi də gül almaq üçün növbəyə dayanıb.
Fasiləsiz işləyən gül dükanlarında da əməlli-başlı canlanma müşahidə olunur. Qızğın iş prosesi gülsatanların işinin çox olmasından xəbər verir. Müşahidə apardığımız mağazalarda öyrəndik ki, güllərin qiyməti növdən, saydan və buketdən asılı olaraq dəyişir.
Ramin Şahbazov