Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 26 milyard 776,2 milyon manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verib.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
Hesabat dövründə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 1 il əvvələ nisbətən 3,1 % artaraq 15 milyard 587,3 milyon manat, qeyri-ərzaq məhsullarının dəyəri isə 10,5 % artaraq 11 milyard 188,9 milyon manat olub.
İstehlak məhsullarının 34,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46173,2 milyon manatlıq, o cümlədən 25 milyard 833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 milyard 339,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyriərzaq malları üzrə 4,9 % artıb.