Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % artaraq 19 milyard 306,6 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 4,9 % artaraq 10 milyard 30,1 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 4,4 % artaraq 9 milyard 276,5 milyon manata çatıb.
İstehlak məhsullarının 36,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 44,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırldaq ki, bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40 milyard 402,8 milyon manatlıq, o cümlədən 22 milyard 698,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 704,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.