Bakıda ticarət dövriyyəsi 5 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında paytaxtda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 % artaraq 7 milyard 961,7 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % artaraq 4 milyard 252 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,7 % artaraq 3 milayrd 709,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,7 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 35,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Digər xəbərlər