Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % artaraq 14 602,5 mln manat olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 7 428,7 mln manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 % artaraq 7 173,8 mln manata bərabər olub.
İstehlak məhsullarının 37,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 41,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.