Tanınmış memar ən yaxşı işçisinə “Lamborghini” bağışlayacaq

Bakıda “Redesign Luxury” dizayn şirkətinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə tanınmış blogerlər, dizaynerlər və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən “Redesign Luxury” şirkətinin rəhbəri Tural Namazov qeyd edib ki, şirkət ölkənin ən bacarıqlı dizaynerləri ilə işləyəcək.

O, “Lamborghini” markalı avtomobili gələcəkdə ən yaxşı işçisinə hədiyyə etmək ideyasından da bəhs edib:

“Mənimlə işləyən bir dizaynerin kompüterinin ekranında “Lamborghini”nin şəklini gördüm. Səbəbini soruşduqda isə qeyd etdi ki, həmin şəkil avtomobilə bir gün sahib olmaq üçün ona motivasiya verir. Düşündüm ki, avtomobilin şəkli motivasiya verirsə, avtomobilin özünü görmək işçilərdə daha böyük ruh yüksəkliyi yaradacaq. Bundan sonra həmin avtomobili alaraq ofisimizin vitrininə yerləşdirdik ki, işçilərimiz işə daha həvəslə gəlib-getsinlər. Lakin bu, lazım olan motivasiya üçün bəs etmirdi, istəyirdim ki, bir gün “Lamborghini”yə sahib ola biləcəklərini düşünsünlər. Məhz bütün bunları nəzərə alaraq qərara gəldik ki, bu gündən etibarən 4 il müddətində dizaynerlərimizin işi sifarişçilərimiz tərəfindən bal sistemi ilə qiymətləndirilsin. 4 il ərzində ən çox bal toplamış dizayner, bir sözlə şirkətin ən yaxşı işçisi vitrində dayanan “Lamborghini” markalı avtomobilin sahibi olacaq”.

“Bu şirkəti universitet kimi qiymətləndirirəm və ən yaxşı işçimizin qırmızı diplomu həmin qırmızı “Lamborghini” olacaq” deyən T.Namazov əlavə edib ki, şirkətin daha bir filialını ölkə xaricində açmağı planlaşdırır:

“Biz orada da xarici dizaynelərlə yox, öz yetişdirdiyimiz dizaynerlərimizlə işləyəcəyik. Planlarımıza əsasən iki il sonra xaricdə açdığımız şirkətin vitrinində isə işçilərimizi motivasiya üçün avtomobil yox, helikopter olacaq”.

Daha sonra qonaqların əyləncəsi üçün musiqili tədbirə start verilib.

Qeyd edək ki, “Redesign Luxury” dizayn və memarlıq şirkəti Ağ Şəhər Park rayonu, 1-ci Şərq küçəsi 5 ünvanında yerləşir. Əlaqə nömrəsi (+994) 51 894 76 66.

İnstaqram: @redesign_studio

{{photo-big-1357797}

Digər xəbərlər