Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 3 milyard 713,4 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilineyni dövrü ilə müqayisədə real ifadədə 17,6 % çoxdur.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 033,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 81,7 %-ini təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,2 % artaraq 6 milyard 242,6 milyon manat olub.