İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Gradus Holding" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 11, nizamnamə kapitalı 9 milyon 320 min manat, qanuni təmsilçisi isə Könül İsmayıl qızı Qarayevadır.