Bakıda işləyənlərin orta aylıq əməkhaqqı artıb

Bu il Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı artıb.

Bu barədə “Report” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % artıb.

İlin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.

Digər xəbərlər