Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 6 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 600,5 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 332,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 55,4 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6 % artaraq 801,8 milyon manat olub.

Digər xəbərlər

Azərlotereyada yeni təyinat 07 yanvar, 2026 / 11:03
Azercelldən iPhone kampaniyası 06 yanvar, 2026 / 15:57