Bu ilin yanvar-oktyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 1 milyard 115,1 milyon manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 23,7 % çoxdur.
10 aylıq dövriyyənin 589,7 milyon manatlıq hissəsi və yaxud 52,9 %-i hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 il əvvələ nisbətən 19,5 % artaraq 1 milyard 651,1 milyon manat olub.