Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 751 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 25 % çoxdur.
Hesabat dövründə hüquqi şəxslər üzrə ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olub. Bu da ümumi dövriyyənin 60 %-ini təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 22,4 % artaraq 1 milyard 128,6 milyon manat olub.