Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 23,2 % artaraq 290,6 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Bildirilib ki, 3 ay ərzində hüquqi şəxslər üzrə ictimai iaşə dövriyyəsinin dəyəri 166,7 milyon manat təşkil edib. Bu da ümumi dövriyyənin 57,4 %-ini təşkil edib.
Xatırladaq ki, bu ilin I rübündə Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən real ifadədə 21,9 % artaraq 414,8 milyon manat olub.