Bu ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 1 milyard 146,3 milyon manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,1 % çoxdur.
O cümlədən, 9 ay ərzində hüquqi şəxslərin ictimai iaşə dövriyyəsinin dəyəri 664,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58 %-i deməkdir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 il əvvələ nisbətən real ifadədə 10 % artaraq 1 milyard 668,3 milyon manat olub.