Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 3 milyard 792,3 milyon manat olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,6 % çoxdur.
Hesabat dövründə ödənişli xidmətlərin 3 milyard 669,2 milyon manatlıq hissəsi hüquqi şəxslərin, 123,1 milyon manatlıq hissəsi isə fiziki şəxslərin payına düşüb.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri illik müqayisədə 7,8 % artaraq 6 milyard 416,3 milyon manat olub.