Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 167,9 milyon manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,6 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 816,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 88,9 %-ini təşkil edib.