Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 960,3 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,3 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 920,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 79 %-ini təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 % artaraq 8 milyard 107,9 milyon manat olub.