Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda aprelin 17-18-də “Açıq İnnovasiyalar üzrə Startap Tur” keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, eyni zamanda aprelin 16-da “Russian Venture Company” şirkətinin təşkilatçılığı ilə praktiki konsaltinq sahəsində treninq də baş tutacaq. Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən işgüzar dairələr tədbirlərdə iştiraka dəvətlidirlər.
Biznes tədbirlərində iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya (əlaqələndirici şəxs: Mahmud Əliyev, e-poçt: maliyev@azpromo.az, tel: (+99412) 598-0147; 598-0148 (125)) müraciət edə bilərlər.