İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Liva Co" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev.55, nizamnamə kapitalı 7 600 000 manat, qanuni təmsilçisi isə Pərviz Baxşəli oğlu Baxşəliyevdir.