Bakıda 7 ayda ticarət dövriyyəsinin həcmi 4 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 18 milyard 744,9 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 % artaraq 10 milyard 392,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 % artaraq 8 milyard 352 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq, o cümlədən 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,3 % artıb.

Digər xəbərlər