İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Salyan Agro" Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativini dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 80, nizamnamə kapitalı 48 627 139,8 manat, qanuni təmsilçisi isə Teymur Fərman oğlu Kərimovdur.