İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Universal Properties Group" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 3 216 656 manat, qanuni təmsilçisi isə Ruslan Şamil oğlu Mikailovdur.