“Bakı Elektroştamp”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 28-də, saat 10:00-da “Bakı Elektroştamp” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq “Zoom” proqramı vasitəsi ilə olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-2020-ci illər üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Bakı Elektroştamp” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır. Müəssisənin əsas sahibi iş adamları Zülfüqarlı qardaşlarıdır.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51