"Azexport" Beynəlxalq Ticarət Mərkəzi ilə təlimlərə başlayır

İqtisadi İslahaltarın Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “ITC” (İnternational Trade Center) ilə birlikdə “Ticarətə Hazır” layihəsinə start verir.

Mərkəzdən “Report”a verilən məlumata görə, layihə çərçivəsində beynəlxalq elektron ödənişlər, wordPress/WooCommerce tətbiqi vasitəsi ilə elektron ticarət saytını qurulması, Amerika və Avropa ölkələrində elektron ticarətlə məşğul olmaq üçün şirkət qeydiyyatı, "Amazon" elektron ticarət platformasında açılan hesabın aktiv saxlanılmasına dair həll yolları kimi mövzuları praktik tədris olunacaq.

Təlim “İTC”inin eksperti Mohamed Es Fih tərəfindən ingilis dilində keçiriləcək.

“Zoom” tətbiqi vasitəsi ilə keçiriləçək təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər sertifikatla təmin olunacaqlar.

Qeyd edək ki, bundan əvvəl Azexport.az portalı, Worldef Business School və Worldef şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə 30 aprel – 19 may 2020-ci il tarixlərində təşkil olunmuş “Distant Amazon və Elektron ticarət” təlimində 168 şəxs iştirak etmiş və 80 faizdən yuxarı iştirak göstəricisi olanlar isə sertifikatla təltif olunublar.

Təlim ödənişsizdir və 15,19,22,25 iyun tarixlərində keçiriləçək.

Təlim üçün qeydiyyat linki: http://training.ereforms.org/

Digər xəbərlər