Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 40%-dən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2,412 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % azdır.

Ötən ay xarici ticarət dövriyyəsinin 1,624 milyard dolları ixracın, 788 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,8 % azalıb, idxal isə 9,3 % artıb.

Son nəticədə xarici ticarətdə 837 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 40,6 % azdır.

Digər xəbərlər