Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrünə nisbətən 62,9% çoxdur.

11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon dolları ixracın, 12 milyard 881 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 83,5 %, idxal isə 23,7 % artıb.

Son nəticədə xarici ticarətdə 23 milyard 454 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.

Digər xəbərlər