Bu ilin yanvar-mart aylarında Azərbaycanda 17 min 610,2 ton unlu qənnadı məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu,2024-cü ilin eyni dövrünə nisbətən 2,7 % azdır.
Aprelin 1-nə ölkədə 610,8 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da illik müqayisədə 78,8 % çoxdur.
Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,2 % çoxdur.