İyunun 24-də, saat 10:00-da "European Tobacco-Baku” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 12 ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır. Onun nizamnamə kapitalı 223 min manatdır.