Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 63,8 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 27,9 % çoxdur.
Bu ilin ilk yeddi ayında Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 7,9 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 40,15 % azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,67 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,04 %-ni təşkil edib.