2021-ci ildə Azərbaycan 90,9 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzedicilərini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 6,3 % çoxdur.
Ötən il Azərbaycanın ixrac etdiyi tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri isə 16,1 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 1,4 milyon ABŞ dolları (9,5 %) azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.