Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 10 %-ə yaxın artırıb

2024-cü ildə Azərbaycan Türkiyədən 142,705 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,7 % çoxdur.

Təkcə dekabrda isə Türkiyə Azərbaycana 12,224 milyon ABŞ dolları dəyərində metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,4 % çoxdur.

Ötən il Türkiyənin metal ixracının ümumi dəyəri illik müqayisədə 0,2 % azalaraq 12,434 milyard ABŞ dollarına düşüb, dekabrda isə 2,7 % artaraq 975 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər