Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 26,594 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,2 % azdır.
Təkcə iyulda Türkiyə Azərbaycana 3,807 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16 % azdır.
7 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,2 % azalaraq 9,705 milyard ABŞ dollarına, iyulda isə 4,4 % azalaraq 1,585 milyard ABŞ dollarına enib.