Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 48,235 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır.

Təkcə iyulda Türkiyə Azərbaycana 8,527 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 0,7 % çoxdur.

7 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artaraq 23 milyard 822 milyon ABŞ dollarına, iyulda isə 23 % artaraq 3,838 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər