Aprelin 25-də, saat 11:00-da “Gəncə Qənnadı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2018-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabatın və balansın təsdiq edilməsi, müəssisənin Müşahidə (Direktorlar) Şurasının, İdarə Heyətinin sədrinin və üzvlərinin, Maliyyə-Təftiş Komissiyasının (müfəttişinin) seçilməsi və digər məsələlər daxildir.