Sentyabrın 19-da "Şamaxı Quşçuluq" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq müəssisənin yerləşdiyi Şamaxı şəhəri, Şamaxı-Göylər yolunda olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin direktorun dəyişdirilməsi məsələsi daxildir.
Xatırladaq ki, "Şamaxı Quşçuluq" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 81 min manatdır.