"Baku Steel Company" MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Baku Steel Company" Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir.
Müəssisənin poladəritmə üzrə ümumi istehsal gücü 1,1 mln. tona çatdırılıb. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.