Aprelin 26-da, saat 14:00-da “Azəroksigen” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq onlayn olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanın hesabatının müzakirə edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Azəroksigen” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 349 970 manatdır.