Azərbaycanın metal məmulatları istehsalçısı “Ekspress-C” ASC adını "AzeSteelCompany"yə dəyişib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, şirkətin yeganə səhmdarı Camaləddin İsmayılov payının 30,6%-ni 2 fiziki şəxsə satıb. Həmin hissəni Kənan Ağayev (20,6%) və Ömər Hüseynov (10%) alıblar.
Xatırladaq ki, "AzeSteelCompany" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır.