"Santral Elektrik LTD" MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Santral Elektrik LTD" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.