“Leyla Medical Center” MMC “American Hospital” MMC-nin ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Leyla Medical Center”i 1999-cu ildə xalq artisti Leyla Şıxlinskaya öz klinikası kimi yaradıb, 2019-cu ildə onu satıb. Həmin ildən klinika indiki adı ilə fəaliyyət göstərir.