Azərbaycanın meşə fındığı ixracından gəliri 11 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 78,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə 7,9 milyon ABŞ dolları və ya 11,2 % çoxdur.

Bu ilin sentyabr ayında isə Azərbaycan 10 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 0,4 milyon ABŞ dolları və ya 4,2 % çoxdur

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər