“Qardaşlar Mebel” QSC 2024-cü ili 1,021 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 17,7 % azdır.
Ötən il “Qardaşlar Mebel”in vergiyəqədərki mənfəəti 1,276 milyon manat (əvvəlki ilə nisbətən 17,7 % az), mənfəət vergisi ödəmələri isə 255 min manat (17,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Qardaşlar Mebel”in aktivləri 8,759 milyon manat olub ki, bu da illik müqayisədə 12,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 46,5 % azalaraq 555 min manata düşüb, balans kapitalı isə 21,4 % artaraq 8,204 milyon manata çatıb.
Xatırladaq ki, “Qardaşlar Mebel” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 3 min manatdır. Şirkətin təsisiçisi Əli Mirzəyevdir.