"Xəzər", həmçinin "Kristal Abşeron" Mənzil-Tikinti Kooperativləri təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiklərini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Xəzər" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 119 min manat, qanuni təmsilçisi isə Tariyel Avtandil oğlu Salahovdur.
"Kristal Abşeron" isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 120 manat, qanuni təmasilçisi isə İbrahim Cəfər oğlu Dostumalıyevdir.