Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 406 ədəd yük maşını idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 2 789,3 min ABŞ dolları təşkil edib.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı yük maşınlarının sayı 119 ədəd və ya 1,4 dəfə artıb