Azərbaycanın fevralda Türkiyədən metal idxalına çəkdiyi xərci 28 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 15,92 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 % azdır.

Təkcə fevral ayında Türkiyə Azərbaycana 7,89 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27,8 % azdır.

2 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,1 % azalaraq 1,925 milyard ABŞ dollara, fevral ayında isə 1,6 % azalaraq 0,985 milyard ABŞ dollarına düşüb.

Digər xəbərlər