"Libraff" MMC "Azbookgroup" və "Azhobco" MMC-lərin ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Libraff" MMC 2017-ci ildə yaradılıb, Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir.