Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,295 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.
“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 0,2 % çoxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 201,582 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 19,1 % çoxdur.
7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə (112,723 milyon ABŞ dolları; illik müqayisədə 43 % çox) həyata keçirilib. Onu Amerika qitəsi (30,885 milyon ABŞ dolları; illik müqayisədə 15,2 % çox) və türkdilli ölkələr (19,017 milyon ABŞ dolları; 51,2 % çox) izləyib.