Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 201 ton arpa idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə arpanın dəyəri 3 milyon 479 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə arpanın idxalına çəkilən xərclər ölkənin ümumi idxal xərclərinin 0,04 %-i qədər olub.