Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 381,9 ton kolbasa idxal edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, məhsullar 22 partiyada Azərbaycana göndərilib.
Bu ilin əvvəlindən regiondan Özbəkistan, Azərbaycan və Tacikistana 14 partiyada 231,7 ton süd məhsulu və 4 partiyada 61 ton yem əlavəsi ixrac edilib.
İxrac edilən bütün məhsullar alıcı ölkələrin tələblərinə cavab verib, onların keyfiyyəti və təhlükəsizliyi akkreditə olunmuş laboratoriyalarda təsdiqlənib. Məhsullarda baytarlıq qanunvericiliyinin pozulması halları müəyyən edilməyib.