İyunun 18-də, saat 10:00-da “European Tobacco-Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 125 ünvanında (“Qafqaz Business Center” iş mərkəzi) olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, xalis mənfəətinin bölüşdürülməsi, səhmdarlara dividend ödənilməsi məsələləri daxildir.
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 44,635 milyon manatdır.